Əsas Səhifə > Cəmiyyət > “AYAĞI SÜRÜŞKƏN” AVTOVAĞZAL

“AYAĞI SÜRÜŞKƏN” AVTOVAĞZAL


30-10-2012, 12:42
“AYAĞI SÜRÜŞKƏN” AVTOVAĞZAL
MASALLI AVTOVAĞZALI NİYƏ YERİNDƏ “OTURMUR”?

DİA.AZ: - Masallı şəhərinin mərkəzində, Dadva qəbiristanlığının yaxınlığında yerləşən avtovağzalla bağlı qalmaqallar bitmək bilmir. Son illər bir neçə dəfə “Xan Çinar” bazarının şərq tərəfinə köçürülən, sonradan öz yerinə qaytarılan avtovağzalın yenə də yerini dəyişmək ərəfəsindədir.

Biz hələ 2 il öncə yazmışdıq ki, özgə yerlərdə avtobuslar marşrutunu dəyişir, Masallıda isə avtovağzallar. Bu dəyişiklik heç də insanlara daha əlverişli xidmət etmək arzusundan doğmur. Məsələn, bir də görürsən ki, Seybətin dairəsi deyilən ərazidə dayanıb Bakıya sərnişin daşıyan minik maşınlarını ora-bura qovurlar. Bunlar böyük təhlükə mənbəyi imiş kimi həmin ərazidə xüsusi post-patrul maşını dayanır. Bir də görürsən ki, “val” dəyişib, bir nəfər qeyri-rəsmi şəxs hər sürücüdən 1-2 manat, gün ərzində 100-200 manat toplamağa başlayır və həmin “təhlükə” sovuşur, ərazidə maşınların dayanması olur “qanuni”.

Son vaxtlar yenə də həmin Seybətin döngəsinə hücumlar başlayıb. Deyilənə görə, hətta polislərlə sürücülər arasında əlbəyaxa mübahisə də olub. Son məlumata görə, avtovağzal Bakıya sərnişin daşıyan minik avtomobilləri ilə birlikdə yenə də “Xan çinar” bazarının arxasına köçəcək. Avtovağzalın ərazisində isə Masallı Rayon Polis Şöbəsi üçün yeni inzibati bina tikiləcək və polis şöbəsinin bu rayonda olan bütün qurumları həmin binaya köçəcək. Artıq binanın layihə-smeta sənədləri hazırlanıb. Böyük ehtimalla yeni ilin başlanğıcında tikinti işlərinə start veriləcək.

Geri qayıt