Əsas Səhifə > Ölkə, Manşet > ASTARADA YAP-IN KEÇMİŞ SƏDRİ SEPARATÇI ÇIXDI
ASTARADA YAP-IN KEÇMİŞ SƏDRİ SEPARATÇI ÇIXDI30-10-2012, 11:22 |
NATİQ İBADOVA SEPARATÇILAR VƏZİFƏ VERƏCƏKMİŞ DİA.AZ: - O, 11 il idi ki, YAP Astara RT-ın sədri, həm də İcra hakimiyyətində şöbə müdiri idi – təhsil və səhiyyəyə rəhbərlik edirdi. Bu yaxınlarda Astara Rayon İcra Hakimiyyətində 1-ci müavin yeri boşalanda onu bu vəzifəyə əsas namizəd sayırdılar. Lakin bir aya yaxındır ki, Natiq İbadovdan heç kimdə dəqiq məlumat yoxdur. Şayiələr isə baş alıb gedir. DİA.AZ olaraq Astarada yayılan həmin şayiələri diqqətinizə çatdırırıq... Birinci şayiə. Natiq bu yaxınlarda nəinki YAP sədrliyindən, hətta YAP sıralarından uzaqlaşdırılacaq. YAP Astara şöbəsində çalışanlara xəbərdarlıq edilib ki, ərizə verib işdən çıxsınlar, yoxsa şərlənəcəklər. İkinci şayiə Natiqin Əlikram Hümmətovla bağlı olmasına aiddir. Guya bir neçə ay öncə həbs edilən Hilal Məmmədovun evində axtarış aparılarkən burada Natiqlə bağlı sənədlər olub. Hansı ki, həmin sənədlərdə Natiqin “Talış Muğan Respublikası”nda mühüm vəzifə tutması ilə bağlı məlumat var. Yuxarıda qeyd etdiyimiz kimi bütün bunlar şayiələrdir. Bəs reallıq nədir? Bu bizim üçün də maraqlıdır. Qarşı tərəfdən bu məsələ ilə bağlı bütün fikirlərə yer ayırmağa hazırıq. Son məlumata görə Natiq İbadov evindədir, çölə çıxmır. Geri qayıt |