Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANIN TARİXİ İNCİSİ 42 MANATA SATILIR

AZƏRBAYCANIN TARİXİ İNCİSİ 42 MANATA SATILIR


30-10-2012, 11:01
AZƏRBAYCANIN TARİXİ İNCİSİ 42 MANATA SATILIR
DÖVLƏTİN BU İSTİQAMƏTƏ NƏZARƏT ETMƏMƏSİNİN ACI TƏZAHÜRÜ

DİA.AZ: - Azərbaycana aid nadir tarixi abidələrin ayrı-ayrı ölkələrin muzeylərini, kolleksionerlərin kolleksiyalarını bəzəməsi əslində, Sovetlər Birliyi dağıldıqdan sonra tarixi eksponatların üzərindəki nəzarətsizliyin təzahürü kimi dəyərləndirilməlidir.

Elə bu gün Türkiyənin məşhur onlayn əmlakçısı kimi tanınan «sahibinden.com» portalı tərəfindən 1323-cü ilə aid olan və Azərbaycanda hazırlanan 50 tümənlik əskinasın satışa çıxarılması da yuxarıda qeyd etdiyimiz nəzarətsizliyin təzahürü kimi qəbul olunmalıdır.

DİA.AZ bildirir ki, bu kimi tarixi dəyərlərimizin hələ də əllərdə olmasına qarşı dövlətimiz adına hansısa bir addımın atılmadığı da bir faktdır. Onu da bildirək ki, həmin tarixi əskinas qeyd olunan portalda cəmi-cümlətanı 84 lirə 90 quruşa, yəni bizim pula 42 manat 45 qəpiyə satılır. Hər halda, elə həmin pulun dövlət tərəfindən ödənilib, tarixi incimizi geri qaytarmaq mümkündür.

Maraqlıdır ki, həmin satış portalında Azərbaycanda 1993-cü ildə dövriyyəyə buraxılmış 500 manatlıq əskinas da 5 lirəyə (2 manat 50 qəpiyə) satışa çıxarılıb.

Geri qayıt