Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ İNSANOVUN QIZININ İDDİASI TƏMİN OLUNDU

ƏLİ İNSANOVUN QIZININ İDDİASI TƏMİN OLUNDU


30-10-2012, 10:40
ƏLİ İNSANOVUN QIZININ İDDİASI TƏMİN OLUNDU
MƏHƏRRƏM ƏLİYEVİN OĞLU İLƏ MÜLK DAVASI GEDİR

Bakı Apellyasiya Məhkəməsində Bakı Baş Polis İdarəsinin sabiq rəisi, keçmiş səfir Məhərrəm Əliyevin oğlu Polad Əliyevlə sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun qızı Alya İnsanovanın (Əliyeva) arasında olan məhkəmə işi geri qaytarılıb.

Bu barədə Mia.az-a daxil olan məlumatda bildirilir ki, sabiq səhiyyə naziri Əli İnsanovun qızı Ayla İnsanovla (Əliyeva) ailə həyatı qurmuş general Məhərrəm Əliyevin oğlu Polad Əliyev 2005-ci ilin oktyabr ayında yaşanan olaylardan sonra ayrılıblar: «Hazırda onlar arasında mənzil və digər mənfəətlərin bölünməsinə dair mübahisələr var. Bu mübahisələr əvvəlcə Nərimanov Rayon Məhkəməsində araşdırılıb. Lakin qanedici qətnamə olmadığından iş Bakı Apelyasiya Məhkəməsinə «daşınıb». Bu məhkəmə instansiyasında isə hakim İsmayıl Vəliyev ötən həftə qərarını elan edib».

Məlumata görə, hakim İsmayıl Vəliyev Nərimanov Rayon Məhkəməsinin qətnaməsini ləğv edərək, işə yenidən baxılması haqda qərar verib: «İş yenidən birinci instansiya məhkəməsinə qaytarıldı».

Geri qayıt