Əsas Səhifə > Dünya > İTİN DOSTU İT OLAR

İTİN DOSTU İT OLAR


9-11-2011, 14:48
İTİN DOSTU İT OLAR

İRAN ERMƏNİSTANA VİZA REJİMİNİ LƏĞV EDİR

“İran Ermənistanla əməkdaşlığı yüksək qiymətləndirir və onun genişlənməsi istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə əsas addımlardan biri viza rejiminin ləğvidir”, - İranın xarici işlər naziri Əli Əkbər Salehi noyabrın 8-də Yerevanda brifinqdə bildirib.

Salehinin sözlərinə görə, Ermənistan regionda böyük rol oynayır. “Ərazisinin kiçik olmasına baxmayaraq, Ermənistan regionda sülhün və sabitliyin təminatında böyük rol oynayır. Məhz sabitlik bizim xalqların çiçəklənməsinin rəhnidir”, - nazir vurğulayıb.

Ermənistanla yaxşı münasibətlərin daha bir sübutu bu ölkəyə gələn iranlı turistlərin sayı barədə statistik göstəricidir – son ildə 100 min nəfər.

“Ümidvarıq ki, yaxın gələcəkdə bu rəqəm milyona qədər artacaq”, - Salehi qeyd edib.

İranlı nazir Ermənistana səfər çərçivəsində prezident Serj Sarkisyanla görüşüb. Tərəflər İran prezidenti Mahmud Əhmədinecatın Ermənistana qarşıdakı səfərinin detallarını müzakirə ediblər.

Yerevandakı mənbələrin məlumatına görə, tərəflər İran-Ermənistan dəmir yolu layihəsinin reallaşması imkanlarını yenidən müzakirə edəcəklər.


Geri qayıt