Əsas Səhifə > Güney Press, Araşdırma > RAMİZ MEHDİYEV KİMLƏRİN HƏDƏFİNDƏDİR?

RAMİZ MEHDİYEV KİMLƏRİN HƏDƏFİNDƏDİR?


30-10-2012, 09:57
RAMİZ MEHDİYEV KİMLƏRİN HƏDƏFİNDƏDİR?
PA ŞEFİNƏ QARŞI TƏXRİBATIN HAZIRLANDIĞI DEYİLİR

Son vaxtlar ölkə mətbuatında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin xəstəliyi ilə bağlı yayılan məlumatlar onun hakimiyyətdəki rəqibərini yenidən bir araya gətərib. Xüsusilə Ramiz Mehdiyevin ABŞ-da müalicə alması və yaxın vaxtlarda ölkəyə dönə bilməməsi xəbərləri PA rəhbərinin rəqiblərinin əlinə fürsət verib.

"AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, Ramiz Mehdiyevin əzəli rəqiblərindən olan Przeident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev və fövqəladə hallar nazirir Kəmaləddin Heydərov Ramiz Mehdiyevə qarşı ölkə mediasında mənfi rəy formalaşdırmaqda maraqlıdırlar. Məlumatlara görə, Ramiz Mehdiyevin xəstəliyə düşməsindən yararlanan PA-nın şöbə müdiri Zeynal Nağdəliyev çoxdankı arzusunu reallaşdırmağa çalışır. Zeynal Nağdəliyevin PA rəhbərinin postuna göz tikməsi barədə ölkə mətbuatında dəfələrlə yazılıb. İndi isə Ramiz Mehdiyevin xəstəliyə düşməsi Zeynal Nağdəliyevi daha da sevindirib. Elə bu səbəbdən Kəmaləddin Heydərovla qohumluq əlaqələrindən istifadə edən Zeynal Nağdəliyev PA rəhbərinə qarşı birləşiblər. Bildirilir ki, Zeynal Nağdəliyev PA rəhbəri postu uğurunda apardığı mübarizədən qalib çıxması üçün Kəmaləddin Heydərovun dəstəyi ilə Ramiz Mehdiyevin ağır xəstə olduğunu və vətənə dönəcəyi təqdirdə işləyə bilməyəcəyi barədə hakimiyyətin birinci şəxsini buna inandırmağa çalışır. Hətta yaxın vaxtlarda Ramiz Mehdiyevin ağır xətəliyi barədə təxribar xaralterli məlumatların ölkə mətbuatında yayılması da gözlənilir.

Yada salaq ki, bir müddət əvvəl "Mur Ay" MMC-nin rəhərliyi mütəşəkkil cinayətkar dəstə yaradaraq bir mənzili bir neçə nəfər satmaqla 1000-ə yaxın vətəndaşın pulunu dələduzluq yolu ilə mənimsəyən "Azərbaycan" Nəşriyyatının keçmiş kommersiya direktoru Qalib Məmmədbəyli fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin yaxın qohumudur. Elə o vaxt Qalib Məmmədbəyli həbs ediləndə baş verənlərlə bağlı Ramiz Mehdiyevin adı da gündəmə gətirilmişdi. İddia olunurdu ki, Qalib Məmmədbəyli PA rəhbərinin sifarişilə həbs edilib və bunun kökündə hakimiyyətdaxili ziddiyyətlər dayanır. Hətta bildirilirdi ki, adıçəkilən məmurlar Qalib Məmmədbəylinin azadlığa çıxması üçün ictimaiyyətdə qohumlarının məsum obrazını yaratmaq üçün Ramiz Mehdiyevin adını gündəmə gətirmişdilər. PA rəhbərinin isə onlarla konfliktdə olması dövriyyəyə buraxılan məlumatı inandırıcı edib.

Əslində isə bəlli idi ki, "Mur Ay" qalmaqalında Qalib Məmmədbəyli də məsuliyyət daşıyır. Hər halda o, bu şirkətinin tikinti işlərinə başlaması üçün xeyli səy göstərib. Binalar üçün yer alınmasından tutmuş, dövlət qurumlarından müvafiq sənədlərin toplanmasına qədər bütün işləri Qalib Məmmədbəyli görüb. Hətta bəzi məlumatlara görə, müştərilərlə müqavilələri də özü də bağlayıb. Sadəcə imza onun olmayıb. Təsadüfi deyil ki, müştərilər də ilk növbədə pullarını ondan tələb edirdilər.

Lakin hökumətin korrupsiyaya qarşı mübarizə başlatdığı bir vaxtda Qalib Məmmədbəylinin həbsi Kəmaləddin Heydərovla Zeynal Nağdəliyev üçün sarsıdıcı zərbə olduğundan onlar diqqəti əsas məsələdən yayındıraraq, baş verənlərin qrup oyunu olması barədə rəy yaratmağa başladılar.

Geri qayıt