Əsas Səhifə > Siyasət, Manşet > ELDAR HƏSƏNOVUN İQTİSADİ İMPERİYASI

ELDAR HƏSƏNOVUN İQTİSADİ İMPERİYASI


30-10-2012, 09:26
ELDAR HƏSƏNOVUN İQTİSADİ İMPERİYASI
ELDAR HƏSƏNOVUN İQTİSADİ GÜCÜNƏ GÖRƏ OLİQARXLARDAN GERİ QALMIR

DİA.AZ: - Bir neçə gün əvvəl adı mətbuatda hallanan keçmiş baş prokuror, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovla bağlı redaksiyamıza çox maraqlı məlumatlar daxil olub. DİA.AZ-a ötürülən xəbərlərdən belə aydın olur ki, illərdir hakim düşərgənin yuxarı eşalonundan dışlanmasına baxmayaraq, zamanında 300 «OMON»-çunun və AXC iqtidarı yetkililərinin həbsinə sanksiya vermiş Eldar Həsənov bu gün əlindəki sərvətinə və iqtisadi rıçaqlarına görə hətta bəzi oliqarx-məmurlara belə meydan oxuyacaq səviyyədədir.

Məlumatlı mənbənin sözlərinə görə, hazırda bir neçə iaşə obyektinə, asfalt zavoduna, yanacaqdoldurma məntəqəsinə sahiblik edən Eldar Həsənovun təkcə Bakı şəhəri ərazisində hazırki ümumi bazar qiyməti 14 milyon manata olan 4 villası və hər biri 4-5 otaqdan ibarət olan 6 ayrı-ayrı yaşayış sahəsi mövcuddur.

Bakıdakı məşhur «Cənnət Bağı» restoranı ilə yanaşı, daha bir neçə şadlıq evinin, eyni zamanda bu gün priton kimi ad çıxarmış sauna-massaj salonlarından birinin də Eldar Həsənova məxsus olduğunu söyləyən mənbəmiz bildirir ki, hazırda keçmiş baş prokurorun bütün bu varidatı qardaşı Şahin Həsənov tərəfindən idarə olunur.

Şahin Həsənova gəlincə isə qondarma şirkət yaratdığı iddia olunan bu şəxsin yol-tikinti sahəsindəki maxinasiyaların fəal iştirakçısı olduğu da bildirilir. Mənbənin söylədikləri: «Şahin Həsənovun adına yaradılan qondarma yol tikinti şirkəti Azərbaycan dövlətinin qarantiyası ilə Bosniya-Hersoqovinada yol çəkilişi tenderini saxta yolla «qazanıb». Halbuki onun qondarma şirkəti adından bütün işlər Şahin Həsənova ortaqlıq edən «Azəravtoyolservis» ASC-nin prezidenti Cavid Qurbanov tərəfindən həyata keçirilir».

Mənbəmiz bildirir ki, hələ AXC iqtidarı dönəmlərindən gözəl münasibətləri olan Cavid Qurbanovla Eldar Həsənov eyni zamanda bu gün çox ciddi layihələr üzərində də düşünürlər: «Məsələn, Eldar Həsənovun özünün Bakıya - yüksək bir vəzifəyə dönüşünün təşkili yönündə iş gedir. Bu, baş tutmazsa, o zaman ehtiyat variant kimi Şahin Həsənovun vəzifəyə gətirilməsinə çalışılır».

Hazırda Şahin Həsənovun Yasamal bazarının yerində Loğman adlı şəxslə şərikinə böyük ticarət mərkəzi inşa etdirdiyini söyləyən mənbəmiz əlavə olaraq bildirdi ki, bu layihənin baş tutmasında Eldar Həsənovun böyük çabaları müstəsna rol oynayıb.

Onu da qeyd edək ki, redaksiyamıza Eldar Həsənova məxsus obyektlərin tam siyahısı və həmçinin onlardan bəzilərinin fotoları da təqdim olunub və yaxın vaxtlarda həmin materialı da diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin.

Geri qayıt