Əsas Səhifə > Ölkə, Manşet > BƏRDƏ İCRA HAKİMİYYƏTİNDƏ «QAYNANA» BİZNESİ

BƏRDƏ İCRA HAKİMİYYƏTİNDƏ «QAYNANA» BİZNESİ


29-10-2012, 11:59
BƏRDƏ İCRA HAKİMİYYƏTİNDƏ «QAYNANA» BİZNESİ
VİDADİ İSAYEV ÖZ KABİNETİNİ NİYƏ YARIYA BÖLÜB?

DİA.AZ: - Bərdədən maraqlı bir məlumat almışıq. DİA.AZ-a rayondakı qaynaqlardan verilən xəbərə görə, Bərdənin icra başçısı Vidadi İsayev «xalq, millət naminə» icra hakimiyyətinin binasındakı rəsmi iş otağının sahəsini azaltmalı olub. Hər halda, verilən xəbərdə belə deyilir.

Məlumatı verən mənbə bildirir ki, icra başçısının kabinetinin böyük bir hissəsi və eyni zamanda kabinetin yerləşdiyi ikinci mərtəbənin dəhlizi birləşdirilərək orada yeməkxana açılıb. Mənbəmiz bildirir ki, Vidadi İsayevin bu addımı heç də anlaşılan deyil:

«Çünki icra hakimiyyətinin həyətində uzun illərdir ki, ayrıca olaraq yeməkxana fəaliyyət göstərir və burada qiymətlər kifayət qədər münasibdir. Məsələn, 16 qəpiyə bir kassa borş, 31 qəpiyə qarabaşaq yemək mümkün olduğu halda, yeni yeməkxanaya heç bir ehtiyac yox idi».

Məlumatı verən mənbə bildirir ki, indi icra hakimiyyətinin işçiləri yeni açılan yeməkxanada yemək yemək zorundadırlar: «Özü də baha qiymətə. Maraqlıdır ki, yeni yeməkxananı icra başçısının köməkçisinin qaynanası işlədir. Buradan hər şeyi müəyyən etmək olar. Yəni xeyir özgə ciblərə getmir».

Geri qayıt