Əsas Səhifə > Partiya > PƏNAH HÜSEYN ELÇİBƏYİN FƏRMANINA QARŞI

PƏNAH HÜSEYN ELÇİBƏYİN FƏRMANINA QARŞI


29-10-2012, 10:50
PƏNAH HÜSEYN ELÇİBƏYİN FƏRMANINA QARŞI
“ƏVVƏLDƏN BUNUN ƏLEYHİNƏ İDİM”

“Sürət Hüseynovu Milli Qəhrəman hesab etmirəm”

Keçmiş baş nazir Surət Hüseynovun Milli Qəhrəman statusunun ona yenidən qaytarılması ilə bağlı qaldırdığı iddia digər sabiq baş nazir Pənah Hüseyn tərəfindən narazılıqla qarşılanıb. P.Hüseyn Modern.az-a açıqlamasında Sürət Hüseynovu Milli Qəhrəman kimi qəbul etmədiyini bildirərək, onun qaldırdığı iddianın əhəmiyyətsiz olduğunu vurğulayıb.

“Sürət Hüseynova Milli Qəhrəman statusunun verilməsinin mən əvvəldən əleyhinə olmuşam. Bu barədə mənim münasibətim bəllidir. Heç vaxt onu Milli Qəhrəman hesab etməmişəm və indi də hesab etmirəm. Lakin o belə bir məsələ qaldırıbsa, bu onun öz işidir və mən bunu əhəmiyyətli bir şey də saymıram”, - deyə P.Hüseyn qeyd edib.

Qeyd edək ki, eks-baş nazir Sürət Hüseynov vaxtilə layiq görüldüyü, sonradan məhrum edildiyi Milli Qəhrəman fəxri adının bərpa olunmasını üçün Milli Məclis sədri Oqtay Əsədova məktubla müraciət edib.

Prezident Əbülfəz Elçibəy Sürət Hüseynova Milli Qəhrəman adını 1992-ci ildə təltif edib. S.Hüseynov 1993-cü il 4 iyun qiyamının əsas rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycanda baş qaldırmış hərbi qiyam AXC hakimiyyətinin yıxılması ilə nəticələnib.

Geri qayıt