Əsas Səhifə > Dünya > PREZİDENTİN PARTİYASI ÖNDƏDİR

PREZİDENTİN PARTİYASI ÖNDƏDİR


29-10-2012, 09:47
PREZİDENTİN PARTİYASI ÖNDƏDİR
YANUKOVİŞ MÖVQELƏRİNİ ƏLDƏN VERMƏK İSTƏMİR

Oktyabrın 28-də Ukraynada Ali Radaya seçki keçirilib. Proporsional sistem üzrə yarışan 21 siyasi qüvvədən 5-i 5 faizlik həddi keçib. “Media forum” saytı xəbər verir ki, ilkin nəticələrə görə, prezident Viktor Yanukeviçin Regionlar Partiyası 37.33 faiz səslə seçkinin qalibi olub. Sabiq baş nazir, məhbus Yuliya Timoşenkoya bağlı “Batkivşina” bloku 20.65, Kommunist Partiyası 15.47, Zərbə Partiyası 12.44, “Azadlıq” bloku 7.21 faiz səs yığıb.

Ukraynada 225 deputat siyasi partiyaların siyahıları üzrə, 225 deputat isə birmandatlı dairələrdən seçilir.

225 dairənin 113-də Regionlar Partiyasının namizədləri liderlik edir.

Geri qayıt