Əsas Səhifə > Sosial, Manşet > ŞEYX HÖKMRANLIĞINI İTİRİR

ŞEYX HÖKMRANLIĞINI İTİRİR


9-11-2011, 14:06
ŞEYX HÖKMRANLIĞINI İTİRİR

CƏNUB BÖLGƏSİNDƏ TƏHLÜKƏLİ VƏZİYYƏT

DİA.AZ: - Məlum olduğu kimi, bütün Azərbaycan ərazisində müqəddəs Qurban Bayramı münasibətilə qurbanların kəsilməsi üçün 6-7 noyabr tarixləri müvafiq bilindi. Bu barədə fətva verən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin buyruqlarının isə bütün ölkə məkanında keçərli olmadığı aydın olub.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) Sabirabad rayonundakı qaynaqlardan ötürülən informasiyada bildirilir ki, rayonun axundu Hacı Məhəmməd 6 noyabr tarixində qurban kəsilməsinə icazə verməyib. Bunu isə Qurban Bayramının İranda 7 noyabr tarixində qeyd edilməsi ilə əlaqələndirib.

Onu da bildirək ki, cənub bölgəsində də QMİ-nin yox, İran ayətullahlarının fətvasının keçərli olduğu bildirilir. Yəni həmin bölgəmizdə də əhali qurbanlarını 7 noyabr tarixində kəsib.

Bu halın milli dövlətçiliyimiz baxımından təhlükəli olduğunu bildirən mənbəmiz vurğulayır ki, artıq cənub bölgəmizi və bir sıra Aran rayonlarımızı dini baxımdan tam olaraq itirmiş hesab olunuruq: «Bu gün həmin bölgələrdəki dindar əhalimiz üzlərini İrana sarı çeviriblər. Yəni bu həm də o deməkdir ki, onlar İran mollalarının təsiri altındadırlar, istənilən əmri də icra edə biləcək səviyyədədirlər».

Geri qayıt