Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NAZİR ÖVLADLARINA YENİ TAPŞIRIQ

NAZİR ÖVLADLARINA YENİ TAPŞIRIQ


29-10-2012, 09:35
NAZİR ÖVLADLARINA YENİ TAPŞIRIQ
ONLAR DA ATALARI KİMİ SEÇKİLƏRƏ HAZIRLAŞIR

Qarşıdan gələn 2013-cü il prezident seçkilərinə ciddi hazırlıq görülür. Bu ciddiyət hələ ki, daha çox ölkə kənarında müşahidə olunur. PAT.AZ-a daxil olan məlumata görə seçkilərlə bağlı Avropada və ABŞ-da ciddi işlərin həyata keçirilməsi üçün artıq təlimatlar verilib.

Mənbənin sözlərinə görə FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova konkret olaraq iki ölkədə Fransada və Almaniyada lobbiçilik fəaliyyəti ilə məşğul olmaq, bu ölkələrdə ki, KİV-lə sıx əlaqələr qurmaq tapşırığı verilib.

Bununla yanaşı Ziya Məmmədovun oğlu Anar Məmmədova da ABŞ-da fəaliyyətini genişləndirmək və müəyyən dəstək əldə etmək tapşırığı verilib. Xatırladaq ki, Anar Məmmədov ABŞ-da təşkilat yaradıb və lobbiçilik fəaliyyəti ilə məşğuldur.

Ən qəribəsi isə budur ki, artıq adı çəkilən şəxslərin görəcəyi işə Diasporlarla İş üzrə Dövlət Komitəsi yox, Prezident Admnistrasiyası nəzarət edəcək.

Geri qayıt