Əsas Səhifə > Ölkə > HUMAN RIGHTS WATCH-DAN AZƏRBAYCANA UYARI
HUMAN RIGHTS WATCH-DAN AZƏRBAYCANA UYARI9-11-2011, 13:45 |
“İNSAN HÜQUQLARININ VƏZİYYƏTİ YAXŞILAŞDIRILMALIDIR” Human Rights Watch təşkilatının BMT-dəki nümayəndəsi Filim Bolopion hesab edir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi insan hüquqlarının vəziyyətini yaxşılaşdırmalıdır. “Söhbət böhtana görə cəzanın dekriminallaşmasından, siyasi məhbusların azad edilməsindən, toplaşma və assosiasiya azadlığının təminatından, həmçinin ifadə və dini azadlıqlardan gedir”, - o, Turan-ın Vaşinqton müxbiri ilə söhbətində bildirib. “Azərbaycan Təhlükəsizlik Şurasında hansı problemlərlə üzləşə bilər” sualının cavabında Bolopion deyib ki, “Azərbaycan dünyada insan hüquqlarının pozulması kimi çətin məsələ ilə bağlı fikrini söyləməlidir, ən əsası insan hüquqlarının pozulması nəticəsində qurbanların müdafiəsinə səs verməlidir”. O qeyd edib ki, bir çox ölkələr BMT TŞ-də üzvlüyə öz statusunu artırmaq və qlobal məsələlərdə daha mühüm rol oynamaq imkanlarının yaranması kimi baxırlar. “Lakin yaddan çıxarmaq lazım deyil ki, TŞ üzvlüyü daha böyük məsuliyyət deməkdir ki, bura da ümumbəşəri dəyərlərin qorunması və təhlükə altında olan xalqların müdafiəsi daxildir”, - o vurğulayıb. Azərbaycanın beynəlxalq arenada Qərbin dəstəyini qazanmaq üçün hər şeyi etməsi, lakin bunun baş verməməsi ilə bağlı rəsmi Bakının şikayətini şərh edən ekspert deyib ki, Azərbaycan Qərbin dəstəyini axtarmağı azaltmalı, öz xalqına dəstək barədə düşünməlidir. İnsanların hüquqlarının təminatı nəinki hakimiyyətin imicini yaxşılaşdıracaq, eyni zamanda sıravi vətəndaşların həyatını xeyli yaxşılaşdıracaq. Geri qayıt |