Əsas Səhifə > Dünya > İRAQDA 5 NƏFƏR İRANLI QƏTLƏ YETİRİLDİ

İRAQDA 5 NƏFƏR İRANLI QƏTLƏ YETİRİLDİ


28-10-2012, 11:41
İRAQDA 5 NƏFƏR İRANLI QƏTLƏ YETİRİLDİ
ZƏVVARLARI DAŞIYAN AVTOBUS PARTLADILDI

İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə paytaxt Bağdad şəhərindən 20 kilometr şimalda, “əl-Taci” bölgəsində baş verib. Uzaqdan idarə olunan bomba əvvəlcədən avtobusa yerləşdirilib. Bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri isə bildirib ki, zəvvarlar İranın Kaşan şəhərindən İraqın Samirə şəhərinə səfər edirmişlər: “Həmin avtobus İran Həcc və Ziyarət Təşkilatının icazəsi olmadan İraqa gedib”.

Geri qayıt