Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ ELNARƏ “FACEBOOK”DA HANSI İTKİSİNDƏN YAZDI?

MÜĞƏNNİ ELNARƏ “FACEBOOK”DA HANSI İTKİSİNDƏN YAZDI?


28-10-2012, 11:37
MÜĞƏNNİ ELNARƏ “FACEBOOK”DA HANSI İTKİSİNDƏN YAZDI?
UŞAQLARI MÜĞƏNNİNİN TELEFONUNU QIRDILAR

Müğənni Elnarə Xəlilovaya itki üz verib. Belə ki, o, mobil telefonsuz qalıb. Müğənninin “facebook” səhifəsində paylaşdığı statusdan bəlli olur ki, sonuncu hadisə onun əsəbinə toxunub. “Bu da son” yazısından göründüyü kimi, E.Xəliova telefon itkisinə əməlli-başlı məyus olub.

Müğənninin övladlarının yaşını nəzərə alsaq, ehtimal edə bilərik ki, Qurban bayramının son “hədiyyəsi” məhz sonbeşiyə aiddir. İstənilən halda, X.Elnarə yeni və daha praktik telefon almaq fikrindədir.

O, budəfəki seçimini qiymətə görə yox, dəyərə görə etmək niyyətindədir. Bunu dostlara ünvanlanmış mesajdan anlamaq olar: “Nəhayət, mənim uşaqlarım telefonumun fatihəsini verdilər. Özumə təzə telefon almaq istəyirəm. Mənə kömək edə bilərsiz? Həqiqətən telefonlardan ən bahalısını yox, amma ən yaxşısını almaq istəyirəm. Sizcə hansından alım? Hörmətlə, Sizi çox sevən L-nara”.

Geri qayıt