Əsas Səhifə > Ölkə > ƏSGƏRLƏRİMİZİN AYAQLARI ÜŞÜMƏYƏCƏK

ƏSGƏRLƏRİMİZİN AYAQLARI ÜŞÜMƏYƏCƏK


9-11-2011, 13:37
ƏSGƏRLƏRİMİZİN AYAQLARI ÜŞÜMƏYƏCƏK

TÜRKİYƏDƏN YENİ HƏRBİ ÇƏKMƏLƏR ALINIB

Azərbaycan Silahlı Qüvvələri Türkiyənin «Yakupoğlu» şirkətindən xüsusi hərbi çəkmələr alıb.

APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu yaxınlarda «Yakupoğlu» şirkəti Azərbaycana sərt şaxtalı ərazilərdə xidmət edən birliklər üçün hərbi çəkmələr satıb. Xüsusi texnologiyalar əsasında istehsal edilmiş çəkmələr əsgərlərin ayağını sərt şaxtalarda mühafizə edir, həmçinin su keçirmir.

Analoji çəkmələrdən Türkiyə Silahlı Qüvvələrinin dağlıq ərazilərdə xidmət edən hərbçilər də istifadə edirlər.

Qeyd edək ki, «Yakupoğlu» şirkəti hazırda bölgədə ən böyük hərbi çəkmə istehsalçısıdır. Hazırda şirkətin istehsal etdiyi çəkmələrdən Türkiyə, Azərbaycan, Gürcüstanla yanaşı, ərəb ölkələrinin və bir sıra Avropa dövlətlərinin ordularında istifadə olunur.


Geri qayıt