Əsas Səhifə > Ölkə, Manşet > ALI QOCAYEVİN BORC MƏSƏLƏSİ YENİDƏN GÜNDƏMDƏ
ALI QOCAYEVİN BORC MƏSƏLƏSİ YENİDƏN GÜNDƏMDƏ24-10-2012, 13:40 |
İCRA BAŞÇISI BORCUNU YARILAYIB DİA.AZ: - Bir müddət əvvəl mətbuatda yer alan informasiyalarda bildirilirdi ki, Binəqədi rayonunun sabiq icra başçısı, hazırda Samux rayonuna rəhbərlik edən Alı Qocayevin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Onu da bildirək ki, Milli Məclisin sədri Oqtay Əsədovla quda olan icra başçısı yayılan məlumatları həmin ərəfədə təkzib etdi. Samuxun icra başçısı bildirmişdi ki, barəsində yazılanlar həqiqəti əks etdirmir, o hazırda məzuniyyətdədir. Sitat: “Bu, növbəti yalan məlumatdır. Məni heç kim dindirməyib, heç yerə də çağırılmamışam. Mən bu gün vəzifəyə təyin olunmamışam, mənim 40 illik istehsalat təcrübəm var. Hamısı yalandır, mən indi məzuniyyətdəyəm, elə bir şeylər də yoxdur”. Qeyd edək ki, A.Qocayevin 10 gün rayonda olmaması Samuxda müəyyən söz-söhbətlərin yayılmasına səbəb olmuşdu və bu kimi məlumatlar da həmin ərəfəyə təsadüf edirdi. Alı Qocayevin hüquq-mühafizə orqanlarının hədəfinə çevrilməsinə nədən kimi isə onun Binəqədinin icra başçısı olarkən rayonda Heydər Əliyev adına muzey inşa etməli və eyni adlı park salmalı olduğu halda, bu məqsədlə müvəkkil bankdan götürdüyü 4 milyon manatı təyinatı üzrə xərcləmədiyi göstərilir. Yəni icra başçısı yeyintiyə yol verib. Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlar isə Alı Qocyaevlə bağlı deyilənlərin əslində həqiqət olduğunu üzə çıxarıb. Redaksiyamıza verilən xəbərə görə, Alı Qocayevi 3 milyon 700 min manat həcmində vəsaitdən sorumludur: «Həqiqətən də Oqtay Əsədovla qohum olması və Milli Məclis sədrinin hakim düşərgədə «prezidentin yeni komandası»nın üzvü kimi qəbul edilməsi Alı Qocayevə hansısa cəzanın verilməsini önləməklə yanaşı, onun canını başqa bir rayona sürgün edilməklə qurtarmasını mümkün edib». Mənbəmiz bildirir ki, hələ də həmin pullardan sorumlu tutulan Alı Qocayevə hətta vəsaitin geri qaytarılması üçün vaxt da verilib: «Samuxa təyin olunandan sonra ona vaxt verildi ki, pulları geri qaytarsın. Artıq 3 milyon 700 min manatlıq borcun əhəmiyyətli hissəsi 2 milyon 500 min manatı qaytarılıb. Və yerdə qalan məbləğin isə bir il ərzində qaytarılması öhdəliyini götürən Alı Qocayevə bu işdə qudasının da dəstək olduğu şübhəsizdir». Samuxdakı mənbələr isə bildirir ki, Alı Qacayev külli miqdarda borcunun olmasını hətta yerli məmurlara da etiraf edib. Geri qayıt |