Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞINI TƏRSİNƏ ASIB

AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞINI TƏRSİNƏ ASIB


24-10-2012, 13:12
AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞINI TƏRSİNƏ ASIB
ÖZÜ DƏ ERMƏNİ-AZƏRBAYCAN PROBLEMİNDƏ SƏMİMİ OLDUĞUN İDDİA EDİR

DİA.AZ: - Məlum olduğu kimi, Rusiya yenidən Cənubi Qafqazda hökmranlığını sübuta yetirə bilməsi üçün bir sıra addımları atmağa başlayıb. Artıq bunun ilkin işartıları görünməkdədir. Rusiyana Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı adlı amorf bir qurum yaradılır və bu yeni diaspora təşkilatının Azərbaycan dövlətinin nəzarətində olan diaspora təşkilatına alternativ olması aydın şəkildə duyulur.

İlk başdan Azərbaycan mətbuatında həmin təşkilatla bağlı fərqli, dolaşdırıcı informasiyalar yayılır və elə bir rəy yaradılır ki, həmin təşkilat Azərbaycan daxilində artıq rəğbətdən düşmüş, etibarını itirmiş rusiyanlı Ramiz Mehdiyevə bağlı şəbəkəyə qarşıdır. Lakin sonradan məsələnin heç də belə olmadığı və Rusiyanın 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana yönəlik siyasətində yeni dəst-xətt nümayiş etdirdiyi aydın olur.

Bu işdə isə Azərbaycanın nüfuzlu oliqarxlarının adlarının çəkilməsi isə Kremlin gizli planlarının daha da ört-basdır edilməsi üçün hesablanan bir addım kimi diqqətə gəlir.

Qeyd edək ki, ÜATİ sədri kimi təqdim olunan Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun hətta geri çəkilməsinin ardından belə yeni qurumla bağlı planlardan vaz keçilmədi və 23 oktyabr tarixində Moskvada bir təldbir düzənləndi. Erməni və azərbaycanlı cəmiyyətinin ziyalılarının görüşü kimi təqdim olunan bu tədbirin əsl məramının əslində Rusiyanın Azərbaycanla bağlı siyasətinin yeni tərzinə yönəlik olduğunu duymaq asan olmasa da, artıq bu barədə dolğun bilgilər var.

Qeyd edək ki, həmin tədbirə qatılan ermənilərin belə guya ki, Qarabağ probleminin həllinə səmimi şəkildə maraq göstərdiyini sübut etməyə çalışırlar. Biz isə, DİA.AZ olaraq rəsmi Moskvanın və bəzi Kreml nökərlərinin bu kimi çabalarına həmin görüşdə iştirak edən və hətta yeni görüş planı cızan Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbəri Armen Smbatyanın kabinetindəki bir mənzərəyə diqqət ayırmağınızla məsələnin nə yerdə olmasına əmin olacağına ümid edirik.

Şəkildən də göründüyü kimi Armen Smbatyan - hansı ki, artıq birinci görüşün ardından erməni və Azərbaycan KİV-lərinin də görüşünü təşkil etmək istəyir - bu şəxs Azərbaycanın dövlət bayrağını tərsinə asmaqla öz içindəki xıltını ortaya qoyub. Yəni Kreml tərəfindən ona ayrılan kabinetdə belə Azərbaycanın dövlət bayrağına bu şəkildə həqarət edən birisinin hansısa formada səmimi olacağına onsuz da kimsə inanmırdı və bu fakt inanmaq fikrinə düşənlər üçün daha bir siqnal rolunu oynamış oldu.

Geri qayıt