Əsas Səhifə > Dünya > OBAMA SƏXAVƏT KİSƏSİNİN AĞZINI AÇIB

OBAMA SƏXAVƏT KİSƏSİNİN AĞZINI AÇIB


24-10-2012, 12:16
OBAMA SƏXAVƏT KİSƏSİNİN AĞZINI AÇIB
O, RƏQİBİNDƏN DAHA ÇOX PUL XƏRCLƏYİR

ABŞ-da prezident seçkilərinə iki həftə qalır. Üçüncü və sonuncu teledebatdan sonra prezident Barack Obama ilə respublikaçıların lideri Mitt Romney seçki kampaniyası üçün ayrı-ayrı ştatlara gediblər. Obama seçki kampaniyasına Florida və Ohayoda, Romney isə Nevada və Koloradoda davam edir.

Obama-nın 3,5 milyon nüsxə seçki kitabçası paylanılıb. İkinci prezidentlik dövründə nələr edəcəyi ilə bağlı Obama-nın 60 saniyəlik seçki reklamı isə seçicilərin daha çox tərəddüd etdiyi 9 ştatda yayımlanacaq. Respublikaçılar isə Mitt Romney-in Yaxın Şərq siyasəti ilə bağlı Obama-nı ittiham edən yeni bir televiziya reklamı yayımlayır.

Mütəxəssislər namizədləri dəstəkləyən şəxslərin və təşkilatların reklam kampaniyaları üçün ümumilikdə 950 milyon dollar xərclədiyini bildirir.

«Associated Press» agentliyinin xəbərinə görə, Mitt Romney və respublikaçılar seçki kampaniyası üçün demokratlardan 100 milyon dollar daha çox xərcləyib.

ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.

Geri qayıt