Əsas Səhifə > Şou-biznes > XULİO XOSE İQLESİAS KİMDİR Kİ?

XULİO XOSE İQLESİAS KİMDİR Kİ?


9-11-2011, 12:22
XULİO XOSE İQLESİAS KİMDİR Kİ?

PRİMADONNAMIZ ONU BƏYƏNMƏYİB VƏ DUETDƏN İMTİNA EDİB

Populyar müğənni İlhamə Qasımova Azərbaycan şou-biznesini tənqid edib.

Məlumata görə, o, ATV-nin "10-lar" verilişinə açıqlamasında deyib:

"Bizdə şou-biznes pis vəziyyətdədir. Estrada ifaçıları efirə çıxır və toyun böyük məktəb olduğunu söyləyirlər. Təəssüf ki, bizdə başqa yolla pul qazanmaq mümkün deyil. Odur ki, mən də nə vaxtsa toylara getmişəm. Amma belə inkişaf mümkün deyil. Biz dünya səhnəsinə çıxmalıyıq".

İlhamə məşhur ifaçı Enrike İqlesiasın qardaşı Xulio Xosedən duet oxumaq təklifi aldığını da söyləyib:

"Təklifi qəbul etmədim. Çünki onu heç kim tanımır. Mən öz ölkəmdə populyar müğənniyəm. Bəs o kimdir?"


Geri qayıt