Əsas Səhifə > Ölkə > BAKIDAKI 5 MƏHŞUR ŞADLIQ EVİ SÖKÜLÜR

BAKIDAKI 5 MƏHŞUR ŞADLIQ EVİ SÖKÜLÜR


23-10-2012, 12:26
BAKIDAKI 5 MƏHŞUR ŞADLIQ EVİ SÖKÜLÜR
“SONA”, “ÜZEYİR”, “LEYLA”, “TƏRLAN”, “MİLLENİUM”

Bakının bir neçə tanınmış şadlıq sarayı sökülür. Bu barədə “olaylar”a həmin restoranlarda işləyən şəxslər məlumat verib. Məlumata görə, söküntü aparılan ərazi paytaxtın Binəqədi rayonu ərazisindədir.

Rayonun 9-cu mikrorayonu ərazisində yol kənarında fəaliyyət göstərən restoranlara artıq xəbərdarlıq da edilib. Məlumata görə, artıq həmin ərazidə yol kənarında fəaliyyət göstərən “Sona”, “Üzeyir”, “Leyla”, “Tərlan” və “Millenium” şadlıq saraylarına bu barədə xəbərdarlıq edilib.

Obyekt sahiblərinə şadlıq evlərinin sökülüb yoldan kənarda inşa edilməsi tapşırılıb. Məlumata görə, həmin restoranlar həyətləri olmadığı və avtomobil yollarına maneçilik törətdikləri üçün köçürülür. Yaxın günlərdə həmin restoranların söküntüsünə başlanacağı bildirilir.

Geri qayıt