Əsas Səhifə > Partiya > GÜLƏR ƏHMƏDOVA YAP-A HƏR GÜN ZƏRBƏ VURUR

GÜLƏR ƏHMƏDOVA YAP-A HƏR GÜN ZƏRBƏ VURUR


23-10-2012, 11:31
GÜLƏR ƏHMƏDOVA YAP-A HƏR GÜN ZƏRBƏ VURUR
“YAXIN GÜNLƏRDƏ QƏRAR VERİLƏCƏK” DEYİLİR

YAP-ın ikinci şəxsi, icra katibi Əli Əhmədov, onun müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı Partiya İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Kərim Kərimov tərəfindən saxtakarlıq, dələduz adlandırılan sabiq deputat Gülər Əhmədova hələ də hakim partiyadan çıxarılmayıb. G. Əhmədova hətta Əli Əhmədovu “Xoruz baba” şeiri ilə aşağılamışdı.

Sabiq deputatın həbs olunması da Azərbaycanda hüquqi nihlizmin bariz nümunəsi kimi göstərilir. Amma buna formal izahat vermək mümkündür: İstintaq gedir, sübutlar yeterli olsa sabiq deputat barəsində məhkəməyə təqdimat göndəriləcək. Bəs YAP-a nə mane olur Bəlkə Gülər Əhmədovanın “Hər şeyi açıb tökərəm” hədəsi qorxunc kabusa dönüb?

YAP icra katibinin müavini Siyavuş Novruzov qəzetimizə açıqlamasında G. Əhmədovanın məsələsinə yerli səviyyədə baxılacağını demişdi. O, YAP Yasamalk təşkilatının sədrinin səhhəti ilə əlaqədər olaraq, ölkədə olmadığının və ona görə bu prosesin uzandığını bildirmişdi. Ancaq Yasamal təşkilatının sədri Fikrət İsmayılov ölkəyə qayıtsa da, bu məsələyə yenə də baxılmadı.

“Bizim Yol”a açıqlamasında Siyavuş Novruzov bu barədə iddiları təkzib edib. Onun sözlərinə görə, Fikrət İsmayılov Bakıya dönsə də, işə çıxmır: “Bu məsələ barədə mövqeyimiz ifadə olunub. Fikrət müəllim hələlik səhhətinə görə işə çıxmır. İşə çıxan kimi Gülər Əhmədova ilə bağlı qərar veriləcək”.

Maraqlıdır, YAP rəhbərliyi onu dünyada rüsvay edən, özünün də “dələduz adlandırdığı” üzvünü çıxarmaq üçün prosedur dəhlizlərində ilişib qalır? Cavabı özündə olan sualdır. (“Bizim Yol” qəzeti)

Geri qayıt