Əsas Səhifə > Gündəm, Manşet > MÜQƏDDƏS BAYRAĞIMIZIN ŞƏRƏFİNƏ

MÜQƏDDƏS BAYRAĞIMIZIN ŞƏRƏFİNƏ


9-11-2011, 11:34
MÜQƏDDƏS BAYRAĞIMIZIN ŞƏRƏFİNƏ

BU GÜN AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR

Bayraqları bayraq yapan üstündəki al qandır - Torpaq, əgər uğrunda ölən varsa vətəndir!

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycan türkünün 100 il əvvəl yüksəltdiyi bayrağın şanına təsis edilən bu günün milli dövlətçiliyimiz anlamından dəyəri çox yüksəkdir.

Hər halda, bu gün məhz müstəqil dövlət bayrağının olması naminə yüzlərlə xalqın yüz minlərlə qurban verməsinə də şəhadət etməkdəyik.

Nə mutlu bizə ki, dövlətimiz var, bayrağımız var.

Doğrudur, bu gün Azərbaycanın üç rəngli müqəddəs bayrağının dalğalanmalı olduğu Qarabağı, İrəvanı, Göyçəsi, Zəngəzuru, Təbrizi, Ərdəbili, Dərbəndi, Borçalısı, Batumu, Tiflisi, Kərkükü, Mosulu yad əllərdədir. Amma bütün bunların hər bir Azərbaycan türkü üçün bir hədəf olması da bir həqiqətdir.

O günün şərəfinə - müqəddəs bayrağımızın itirdiyimiz torpaqlarda dalğalanacağı müqədəs günün şərəfinə…

Bayramınız mübarək!

Tanrı Türkü Qorusun!

DİA.AZ


Geri qayıt