Əsas Səhifə > Cəmiyyət > MƏLEYKƏ ABBASZADƏ POLİSƏ MÜRACİƏT EDİB?
MƏLEYKƏ ABBASZADƏ POLİSƏ MÜRACİƏT EDİB?23-10-2012, 10:55 |
TQDK SAXTAKARLARLA BACARA BİLMİR Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) nəşrlərini saxtalaşdıranlara qarşı lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, son vaxtlar müəyyən qüvvələr tərəfindən TQDK-nın siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çapı və onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışı təşkil olunur. Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır. Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən TQDK-nın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu isə stifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin meydana çıxmasına səbəb olur. Buna görə də TQDK abituriyentləri və onların valideynlərini, həmçinin orta ümumtəhsil müəssisələrində çalışan müəllimləri həmin vəsaitləri alarkən diqqətli olmağa çağırır. Orijinal nəşrləri saxta nəşrlərdən fərqləndimək mümkündür. Belə ki, orijinal kitablarda TQDK-nın loqosu, fənnin adı və sinif yazıları qabarıq və ilişkənli formada çap olunduğundan onları əl toxunuşu ilə eyni cür çap olunmamış saxta nümunələrdən fərqləndirmək mümkündür. Geri qayıt |