Əsas Səhifə > Şou-biznes > “ÜSYANIM VAR” DEYƏN KİMDİR?

“ÜSYANIM VAR” DEYƏN KİMDİR?


23-10-2012, 10:27
“ÜSYANIM VAR” DEYƏN KİMDİR?
MÜĞƏNNİMİZ YENİ MAHNISINI TƏQDİM EDİB

Müğənni Niyam Səlaminin yaradıclığında yenilik var. İfaçının mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, o, musiqisi Elçin Cəfərov, sözləri Azər Şirinə aid olan “Üsyanım var” adlı mahnısını artıq radio dinləyicilərinin ixtiyarına buraxıb.

Yeni məhsulun qısa zaman ərzində seviləcəyinə əmin olan müğənni bu ayın sonunda klip çəkdirməyi də planlaşdırır. İfaçı yeni işini rejissor Kənan Musayevə həvalə edəcək.

Niyam tək kliplə kifayətlənməyəcək. Belə ki o, solo albom buraxmağı düşünür.

Bununla yanaşı, Niyam estrada ulduzu Röya Ayxandan sonra daha bir tanınmış ifaçı ilə duet oxuyacaq. Növbəti duet ortağının adı hələ sirr saxlanılır.

Geri qayıt