Əsas Səhifə > Şou-biznes > DAHA BİR MÜĞƏNNİMİZİN ADINA MAHNI YAZILDI

DAHA BİR MÜĞƏNNİMİZİN ADINA MAHNI YAZILDI


23-10-2012, 09:21
DAHA BİR MÜĞƏNNİMİZİN ADINA MAHNI YAZILDI
İDEYA GƏNC BƏSTƏKARA AİDDİR

Populyar estrada müğənnisi Xatunun adına mahnı yazılıb. Əməkdaşımızla söhbəti zamanı Xatun özü bu barədə açıqlama verməkdə maraqlı oldu:

"İdeya gənc bəstəkar və müğənni Qüdrət Əsgəri tərəfindən irəli sürüldü. Tədbirlərin birində görüşdük və o, yaradıcılığıma rəğbət bəslədiyini gizlətmədi. Maraqlı ideyasını da mənə söyləyincə, razılaşmamaq kimi imkanım qalmadı (gülür). Söhbət adımın səsləndiyi mahnıdan gedirdi. İdeyanı dəstəklədim. Sürpriz qalsın deyə, mətni tam açıqlamıram, sözlərdə "Xanımsan, Xatunsan" ifadələri işlənir".

Müğənni onu da əlavə etdi ki, "Xatun" adlı mahnısına klip çəkməyi də planlaşdırır. \ milli.az \

Geri qayıt