Əsas Səhifə > Hadisə > DYP-AVTOŞ QOVMACASI QƏZAYA SƏBƏB OLDU

DYP-AVTOŞ QOVMACASI QƏZAYA SƏBƏB OLDU


23-10-2012, 09:12
DYP-AVTOŞ QOVMACASI QƏZAYA SƏBƏB OLDU
AVTOXULİQAN BU DƏFƏ ARADAN ÇIXA BİLMƏDİ

Gecə paytaxt küçələrində avtoxuliqanlıq edən sürücü yol polislərinə çətin anlar yaşadıb. Qara rəngli “VAZ 2107” markalı avtomaşının sahibinə polislər tərəfindən dəfələrlə qanuni saxlama əmri verilsə də, sürücünün buna məhəl qoymaması vəziyyəti bir qədər mürəkkəbləşdirdi.

Yol polisləri Yusif Səfərov küçəsində avtomaşını məcburi saxlamaq üçün yolları bağlamaq istəsələr də, avtoxuliqanlıq edən sürücü qəza bahasına polislərdən yayına bildi. Bu dəfə sürücü qarşısında dayanan Xəlil Qəmbərova məxsus “Nissan” markalı avtomaşını əzərək polislərdən qaça bildi.

Bakı şəhər dövlət yol polis idarəsindən verilən məlmata görə, artıq avtoxuliqanlıq edən sürücü – 20 yaşlı Allahverdiyev Malik Fərhad oğlu idarə etdiyi avtomaşınla birgə saxlanılaraq Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinə təhvil verilib. Bölmədə aparılan təhqiqat araşdırmalarından sürücünün etdiyi qanun pozuntusuna hüquqi qiymət veriləcək.

Geri qayıt