Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI SAKİNLƏRİ QARANLIQ DÜNYAYA ALIŞDIRIR

İCRA BAŞÇISI SAKİNLƏRİ QARANLIQ DÜNYAYA ALIŞDIRIR


23-10-2012, 09:07
İCRA BAŞÇISI SAKİNLƏRİ QARANLIQ DÜNYAYA ALIŞDIRIR
BİR KƏNDİN İŞIQ PROBLEMİ NƏDƏN PREZİDENT SƏVİYYƏSİNƏ QƏDƏR QALXIR?

DİA.AZ: - Göyçay rayonunun Çərəkə kəndininin 2-ci məktəb yolu deyilən məhəlləsində 10 gündən çoxdu transformatorun sıradan çıxması ucbatından işıqlar yanmır. DİA.AZ bildirir ki, qeyd olunan kəndin sakini, Göyçay İşçi Qrupununda üzvü Allahverdiyev Soltanəli Məhəmmədşah oğlunun verdiyi məlumata görə bu müddət ərzində sakinlər Çərəkə kənd icra nümayəndəliyinə, Göyçay Elektrik Paylayıcı Şəbəkə ASC-yə, Göyçay rayon İcra Hakimiyyətinə müraciətlər etsələr də, nəticə vetməyib. Əlacsız qalan sakinlər 17 oktyarbr tarixdə ölkə Prezidentinə teleqram vurublar.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki, rayonun icra başçısı Mənsur Məmmədov Şərəkə kəndinin zülmət içində qalmasına hətta sərt formada reaksiya da verib. Rayondan verilən xəbərə görə, icra başçısı “qoy bir az da qaranlıq dünyaya alışsınlar” deyərək sakinlərin problemlərinə biganəliyini nümayiş etdiriblər.

Göyçaydan gələn məlumatlarda o da deyilir ki, işıqsız qalan kənd sakinləri məsələ ilə əlaqədar bu gün yerli icra hakimiyyətinin binasına yürüş etməyi də planlaşdırılar.

Geri qayıt