Əsas Səhifə > Cəmiyyət > İRANIN “ƏL-QÜDS ORDUSU” TERROR TƏŞKİLATI AZƏRBAYCANDA

İRANIN “ƏL-QÜDS ORDUSU” TERROR TƏŞKİLATI AZƏRBAYCANDA


8-11-2011, 18:47
İRANIN “ƏL-QÜDS ORDUSU” TERROR TƏŞKİLATI AZƏRBAYCANDA

AMERİKALI EKSPERTDƏN ŞOK FAKTLAR

Yaxın Şərq Siyasəti İnstitutunun terrorizmə qarşı mübarizə və kəşfiyyat proqramının direktoru doktor Metyu Levit “İran əməliyyatları: Amerika torpağında terror” mövzusunda məruzə ilə çıxış edib.

Çıxış ABŞ Nümayəndələr Palatası, Milli Təhlükəsizlik üzrə Alt Komitə, terrorizmə qarşı mübarizə və kəşfiyyat proqramı və Nəzarət, Araşdırmalar və İdarəetmə üzrə alt komitənin birgə dinləmələri zamanı baş tutub.

İranın xarici siyasət aləti kimi terrorizmdən istifadə etməsindən danışan Levit konqresmenlərin diqqətini Hizbollah yaraqlılarının İsrailin marağında olan bir sıra obyektə hücumuna yönəldib. “Son illər onlar Azərbaycan, Türkiyə və Misirədək nəhəng məkanda fəaliyyət göstərirlər. İran yaraqlılarının terror əməliyyatları “Əl-Qüds ordusu” təşkilatının üzvləri ilə birgə həyata keçirilir”, - Turan-ın Vaşinqton müxbiri məlumat verir.

“Əl-Qüds ordusu” xaricdə, ilk növbədə Azərbaycanda və Türkiyədə bir neçə uğursuz cəhd həyata keçirib. Onun Hizbollah ilə əməkdaşlığı belə düşünməyə əsas verir ki, qrupun imkanları və təcrübəsi yoxdur.

Sonra doktor Levit ABŞ-ın İranla bağlı bir necə addım atmasının vacibliyini bildirib:

- Tehranla əməkdaşlığı (işgüzar münasibətlər də daxil olmaqal), iranlı rəsmi şəxslərin səfərlərini, bu və ya digər ölkədə fəaliyyət göstərən iranlı diplomatların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə müttəfiqlərə təzyiqlər;

- İranı pisləmək məqsədilə Körfəz ölkələri əməkdaşlıq Şurası, Ərəb Ölkələri Liqası və digər regional orqanlara təzyiqlər;

- İran öz beynəlxalq öhdəliklərini kobud şəkildə pozmağa son qoymayana qədər bu ölkənin beynəlxalq təşkilatlarda iştirakının dayandırılması məqsədilə beynəlxalq konsensusun əldə olunması;

- Hərbi təzyiqlər;

- Gömrük nəzarəti;

- Maliyyə təzyiqi.


Geri qayıt