Əsas Səhifə > Ölkə > NEFT ŞİRKƏTİNİN AVTOBUSU QƏZAYA UĞRADI

NEFT ŞİRKƏTİNİN AVTOBUSU QƏZAYA UĞRADI


17-09-2011, 14:08
NEFT ŞİRKƏTİNİN AVTOBUSU QƏZAYA UĞRADI

XƏSARƏT ALANLAR VAR

Azərbaycanın Siyəzən rayonunda minik maşını avtobusla toqquşub. Qəza bu gün səhər saat 09:00 radələrində köhnə Quba-Bakı yolunun 96-cı km-də qeydə alınıb.

Belə ki, Siyəzən sakinin idarə etdiyi 10 XD 916 dövlət nömrə nişanlı “Vaz 21063” markalı maşın 10 AU 107 nişanlı “Paz” avtobusunun sol tərəfinə çırpılıb. 1958-ci il təvəllüdlü Gülbala İlyas oğlu İlyasovun idarə etdiyi avtobus “Azneft” İstehsalat Birliyinin “Bibiheybət” İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin nəqliyyat sexinə məxsus olub.

Siyəzən rayon polis bölməsinin müstəntiqi Rza İbrahimovun verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Avtomobilin sərnişinləri olan Arif Təhya oğlu Dostuyev və Ağazahid Yaşar oğlu Binnətov Siyəzən rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdrma başlanılıb, qəzanın səbəbləri müəyyən edilir.


Geri qayıt