Əsas Səhifə > Cəmiyyət, Manşet > BƏZİ İCRA BAŞÇILARININ BƏXTİ NİYƏ GƏTİRİB?
BƏZİ İCRA BAŞÇILARININ BƏXTİ NİYƏ GƏTİRİB?22-10-2012, 12:53 |
ELŞAD ABDULLAYEV QANLARININ ARASINA GİRİB DİA.AZ: - Neçə müddətdir ki, yerli KİV-də hakimiyyətin total kadr islahatlarına gedəcəyi və bu əsnada bir neçə rayonun icra başçısının vəzifələrindən azad ediləcəyi haqda məlumatlar yayılmaqdadır. Verilən xəbərlərdə qeyd olunur ki, təxminən 10-a yaxın rayonun rəhbərinin prezident seçkilərin qədər görəvindən alınması planlaşdırılır. Amma aradan xeyli vaxtın keçməsinə baxmayaraq, hələ də sözügedən istiqamətdə heç bir tərpəniş yoxdur. Bununla bağlı DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki bilgili qaynağın sözlərindən belə aydın olur ki, son zamanlar gündəmi məşğul edən Elşad Abdullayev qalmaqalı gözlənilən kadr islahatlarının da yubanmasına nədən olub ki, bu da anlaşılandır. Mənbəmizin söylədikləri: «Hər halda, baş verəcək islahatlar zamanı kimin vəzifəsindən alınacağı, kimin vəzifəyə təyin olunacağı - və bu kimi digər proseslər kimlərinsə iradəsi çərivəsində baş tutmalıdır. Əgər bu gün hələ də qeyri-müəyyənlik varsa, deməli, yubanma təbiidir». Onu da qeyd edək ki, Xaçmaz, Gədəbəy, Tovuz, Cəlilabad və Salyan rayonlarının icra başçılarının və həmçinin Bakının bir neçə rayonunun rəhbərinin vəzifəsindən alınacağı gözlənilir. Geri qayıt |