Əsas Səhifə > Siyasət, Manşet > ABBAS ABBASOVUN MOSKVADAN BAKIYA GƏLDİYİ DEYİLİR

ABBAS ABBASOVUN MOSKVADAN BAKIYA GƏLDİYİ DEYİLİR


22-10-2012, 10:17
ABBAS ABBASOVUN MOSKVADAN BAKIYA GƏLDİYİ DEYİLİR
HAKİMİYYƏT YENİ YARANMIŞ TƏŞKİLATIN «RAZBORKA»SINI APARACAQ

DİA.AZ: - Keçən həftənin ən qalmaqallı hadisələrindən biri də Moskvada təməli atılan və Bakıda baş verən hadisələrin fonunda fəaliyyətini dayandırmaq zorunda qalan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının aqibəti idi. Bildirək ki, təsisçiləri sırasında prezident İlham Əliyevin qudası, tanınmış iş adamı Araz Ağalarov, keçmiş baş nazir Abbas Abbasov, hakimiyyətin bir müddət əvvəl hədəfə aldığı Rüstəm İbrahimbəyov, məşhur milyonçu İsgəndər Xəlilov və Söyün Sadıqov kimi fiqurların yer aldığı ÜATİ-yə rəsmi Bakının münasibəti ilk gündən ehtiyatlı idi.

Hər halda, hakim düşərgəyə aid orta ranqlı heyət ÜATİ-nin fəaliyyətini dəyərləndirməyə ehtiyatlanırdı. Belə ki, YAP-çı deputat Siyavuş Novruzovun bu barədə danışmaq istəməməsi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun «məramlarını açıqlasınlar, sonra baxarıq» şəklində reaksiya verməsi hər halda, ÜATİ-yə birmənalı münasibətin olmamasını ortaya qoymaqda idi.

Və sonradan yeni yaranmış qurumun fəaliyyətini dayandırması, bunun ardından da təşkilatdan «ÜATİ Azərbaycan mətbuatında tamam fərqli formada təqdim olundu ki, bu səbəbdən də fəaliyyətini müvəqqəti olaraq dayandırmalı oldu» şəklində açıqlama yaydı və daha sonra bəlli oldu ki, müxalifət mətbuatında «oliqarxların təşkilatı» kimi tanınan ÜATİ ilə bağlıt Bakıda «razborka» masası qurulub və keçmiş baş nazir Abbas Abbasov Azərbaycana çağrılıb.

ABBAS ABBASOVUN MOSKVADAN BAKIYA GƏLDİYİ DEYİLİR

Onu da bildirək ki, təşkilatın fəaliyyətini müvəqqəti olaran dayandırması ilə bağlı məlumat PA-nın şöbə müdiri Əli Həsənovun nəzarətində olan «Kaspi» qəzetində az qala müxalifət mətbuatı sayaq işıqlandırıldı. Ən azından «Kaspi» qəzetində «Oliqarxların təşkilatı fəaliyyətini dayandırdı» başlığının yer alması kimlərinsə müvəqqəti qələbə sevincini (çünki təşkilat fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bəyan edib -red.) bölüşdüyü zaman buraxdığı bir siyasi yanlış olaraq dəyərləndirilə bilər.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq sabiq baş nazir Abbas Abbasov deyilən məsələsinin müzakirəsi məqsədilə Rusiya paytaxtından Azərbaycana gəlib. Məlumatı verən mənbə iddia edir ki, Abbas Abbasovun dövlət başçısı və bir sıra şəxslərlə görüşü planlaşdırılır: «Keçmiş baş nazirin Bakıda «razborka» masasına oturdulacağı şübhəsizdir. Amma onun hansı izahatı verəcəyi sonradan bəlli olacaq».

Geri qayıt