Əsas Səhifə > Partiya > YAP-ÇILAR ÇİNƏ GEDİB

YAP-ÇILAR ÇİNƏ GEDİB


8-11-2011, 16:01
YAP-ÇILAR ÇİNƏ GEDİB

ONLAR ÇİNƏ “KİTAYSKİ YAP”IN DƏVƏTİ İLƏ GEDİBLƏR

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb.

YAP-ın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Çinin hakim Kommunist Partiyasının dəvəti ilə həyata keçirilən səfərin məqsədi Azərbaycan ilə Çin, eləcə də iki ölkənin hakim partiyaları arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmaqdır.

Noyabrın 18-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti parlamentdə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsində görüşlər keçirəcək, bir sıra şəhərlərdə olacaqlar.

Nümayəndə heyətinə YAP icra katibinin müavini Siyavuş Novruzov, partiyanın idarə heyətinin üzvü Şahlar Əsgərov, Milli Məclisin deputatları Hadi Rəcəbli, Asəf Hacıyev, Hüseynbala Mirələmov, Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov daxildirlər.


Geri qayıt