Əsas Səhifə > Dünya > İVANAŞVİLİNİN SPİKERİ DƏ BƏLLİ OLDU

İVANAŞVİLİNİN SPİKERİ DƏ BƏLLİ OLDU


22-10-2012, 09:47
İVANAŞVİLİNİN SPİKERİ DƏ BƏLLİ OLDU
GÜRCÜ PARLAMENTİ YENİ SƏDR SEÇDİ

Oktyabrın 21-də yeni seçilmiş Gürcüstan parlamenti ilk iclasını keçirib. Kutaisidə keçirilən iclasda parlament sədri və onun müavinləri seçilib. “Media forum” saytı xəbər verir ki, parlament sədri postunu “Gürcü arzusu” koalisiyasının nümayəndəsi, Respublika Partiyasının lideri David Usupaşvili tutub. O, gizli səsvermədə 88 deputatın səsini alıb.

David Usupaşvili sədr seçildikdən sonra deputatlar qarşısında çıxış edərək deyib ki, Gürcüstan yenə də Avropa İttifaqı ilə inteqrasiya və NATO üzvlüyü yolunda olacaq. Sədr əlavə edib ki, parlament yeni hökuməti oktyabrın 25-də təsdiqləyəcək.

Gürcüstanda parlament seçkisi oktyabrın 1-də keçirilib. “Gürcü arzusu” koalisiyası 150 yerlik parlamentdə 85 mandat əldə edib. Prezident Mixail Saakaşvili blokun lideri Bidzina İvanişvilini baş nazir postuna namizəd irəli sürərək hökumət qurmaq səlahiyyəti verib.

Geri qayıt