Əsas Səhifə > Cəmiyyət > DƏLƏDUZLAR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

DƏLƏDUZLAR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR


8-11-2011, 15:56
DƏLƏDUZLAR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

İLKİN MƏHKƏMƏ 11 NOYABRDA OLACAQ

Azərbaycanda dələduzluqda təqsirləndirilərək həbs olunmuş şəxslər məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Məlumata görə, Kakayev Nəriman Əlif oğlu, Məmmədov Əli Şamil oğlu və Mirzəyev Cəmaləddin Qaçay oğlunun verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. İlkin məhkəmə baxışı noyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, N. Kakayev, Ə. Məmmədov və C. Mirzəyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. İttihama görə, N. Kakayev Bakı şəhəri sakini Hafiz Ağamalıyevin oğlunu ali məktəbə düzəldəcəyi adı ilə ondan 45 000 manat alıb. N. Kakayev həmin pulu mənimsəyib və verdiyi vədi yerinə yetirməyib. Digər iki şəxs də onunla əlbir olub.


Geri qayıt