Əsas Səhifə > Cəmiyyət > DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ “AVROVİZİYA” TƏDBİRİ

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ “AVROVİZİYA” TƏDBİRİ


8-11-2011, 15:53
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ “AVROVİZİYA” TƏDBİRİ

MAHNI MÜSABİQƏSİ İLƏ BAĞLI ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

Bu gün Daxili İşlər Nazirliyində (DİN) 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək “Evrovision-2012” mahnı müsabiqəsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı naziryanı əməliyyat müşavirəsi keçirilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Prezidentinin 19 may 2011-ci il tarixli Sərəncamı ilə UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb, onun icrasına məsul qurumlar və konkret icra müddətləri müəyyən edilib. Diqqətə çatdırılıb ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində DİN-in də üzərinə mühüm vəzifələr düşür.
DİN-in Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev nazirlikdə planlaşdırılan hazırlıq işləri ilə bağlı məlumat verib.

Müşavirənin sonunda nazir R. Usubov Azərbaycanın həyatında böyük ictimai hadisə sayılan bu tədbirlə bağlı ölkə prezidentinin sərəncamının icrasının təmin edilməsi, Təşkilat Komitəsinin iclaslarında qarşıya qoyulan məsul vəzifələrin həlli, müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və təhlükəsizliyin nümunəvi təmin olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışıb, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri qarşısında konkret vəzifələr qoymuş, müvafiq tapşırıqlar verib.


Geri qayıt