Əsas Səhifə > Hadisə, Manşet > CAVİD QURBANOV DƏVƏ QURBAN KƏSİB

CAVİD QURBANOV DƏVƏ QURBAN KƏSİB


8-11-2011, 15:43
CAVİD QURBANOV DƏVƏ QURBAN KƏSİB

«AZƏRYOLSERVİS» ŞEFİNİN DİNDARLIĞI DA VAR İMİŞ

DİA.AZ: - Barəsində çoxlu sayda yazılar yazılan «Azəravtoyolservis» ASC-nin prezidenti Cavid Qurbanov bu bayramda qurban kəsib. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia.az) məlumatlandıran nəqliyyat nazirliyinin bir qrup işçisinin sözlərinə görə, ASC prezidenti Qurban bayraı münasibətilə dəvə qurbanı kəçib.

Xatırladaq ki, keçmiş Dəvəçi (Şabran) rayonunda bir neçə il əvvəl dəvə yetişdirilməsi üçün fermalar qurulub və bu bayramda bəzi məmurlar da islam dininə görə qurban kəsilməsi məqsədəuyğun bilinən dəvəni qurban olaraq kəsiblər.

Onların sırasında Cavid Qurbanovun da olduğunu bildirən NN əməkdaşları ASC prezidentinin qurban kəsdiyi dəvənin müqabilində 5 min dollar ödədiyini də söylədilər.


Geri qayıt