Əsas Səhifə > Ölkə, Manşet > ŞAHİN MUSTAFAYEV DƏ 2013 SƏDDİNİ AŞA BİLMƏYƏCƏK

ŞAHİN MUSTAFAYEV DƏ 2013 SƏDDİNİ AŞA BİLMƏYƏCƏK


18-10-2012, 13:12
ŞAHİN MUSTAFAYEV DƏ 2013 SƏDDİNİ AŞA BİLMƏYƏCƏK
DAHA BİR QURBANIN ADI BƏLLİ OLDU

DİA.AZ: - Bir müddət əvvəl əleyhinə mətbu kampaniya aparılan iqtisadi inkişaf naziri Şahin Mustafayevlə bağlı ilginc məlumatlar almışıq. Xatırladaq ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı kimi tanınan Şahin Mustafayevə qarşı mətbuatda aparılan kampaniyanın arxasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dayandığı iddia olunurdu və bildirilirdi ki, Kərəm Həsənov sən demə, Fərhad Əliyevdən sonra nazir gəlmək istəyirdi.

Amma sonradan bu posta Heydər Babayev təyin olunur və ardından da Kəmaləddin Heydərovun açıq kadrı hesab olunan Şahin Mustafayevə nazir postu həvalə edilir. Bununla da Kərəm Həsənovun arzusu puç olur. Amma buna rəğmən komitə sədri Şahin Mustafayevə qarşı kampaniya apararaq, onun gedişinə nail olacağını zənn edir. Lakin sonradan hansısa sirli qüvvə Kərəm Həsənovu əmin edə bilir ki, onun nazir postuna təyinatı imkansızdır.

İndii isə vəziyyətin kifayət qədər dəyişdiyini bildirən məlumatlı mənbələr DİA.AZ-a açıqladıqları xəbərdə vurğulayırlar ki, 2013-cü il prezident seçkilərindən sonra ilk olaraq vəzifəsindən azad ediləcək şəxslərdən biri də Şahin Mustafayevdir: «Bunu həm də hakimiyyət içindəki yeni münasibət dəngələri diqtə edir. Artıq vəziyyət dəyişmək üzərədir. Və hansısa oliqarx-məmurun çətiri altında dolaşanların mühüm postlarda qərarlaşması siyasətindən vaz keçiləcək».

Bu addımın həm də prezident komandasının tam hakimiyyətə gəlişi kimi dəyərləndirən mənbəmiz onu da vurğuladı ki, Şahin Mustafayevin yerinə isə Kərəm Həsənovun gətirilməsi barədə heç bir bilgi yoxdur, əksinə, Kərəm Həsənovun özünün adı da vəzifəsini itirəcəklər siyahısındadır.

Geri qayıt