Əsas Səhifə > Partiya > İSA QƏMBƏRİN KXCP-YƏ BORCU VAR - EKSKLÜZİV

İSA QƏMBƏRİN KXCP-YƏ BORCU VAR - EKSKLÜZİV


18-10-2012, 12:29
İSA QƏMBƏRİN KXCP-YƏ BORCU VAR - EKSKLÜZİV
«ARADAN 10 İL VAXT KEÇİB, BORCUN QAYTARILMASINI İSTƏYİRİK»

DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Şirin Cəfəri son günlər gərilməkdə olan KXCP-Müsavat münasibətlərinə reaksiya verib.

DİA.AZ-a açıqlamasında Ş.Cəfəri bildirib ki, Müsavatla KXCP-nin yolları heç bir zaman ayrıla bilməz: «Müsavatla bizim münasibətlərimizi kimsə korlaya bilməz. Müsavat Partiyasının KXCP-yə borcu var. 2013-cü ildə borc qaytarılmalıdır. Söhbətin hansı borcdan getdiyinə gəlincə isə, bizim partiya 2003-cü ildə Müsavat Partiyasının namizədini müdafiə edib. Aradan 10 il vaxt keçib. Bizim onlara göstərdiyimiz etimadın qarşılığını istəyirik. Və bu gün bizim düşmən olmaq fikrimiz yoxdur, dost kimi borcumuzun qaytarılmasını gözləyirik. İsa Qəmbər başda olmaqla Müsavat Partiyası KXCP-nin namizədini dəstəkləməlidir».

Geri qayıt