Əsas Səhifə > Sosial, Manşet > MÜXALİFƏTİ SEÇKİLƏRƏ QƏDƏR NECƏ PARÇALAMALI?

MÜXALİFƏTİ SEÇKİLƏRƏ QƏDƏR NECƏ PARÇALAMALI?


18-10-2012, 11:45
MÜXALİFƏTİ SEÇKİLƏRƏ QƏDƏR NECƏ PARÇALAMALI?
HAKİMİYYƏTİN POLİTTEXNOLOQLARI MÜDHİŞ PLAN ÜZƏRİNDƏ İŞLƏYİR

DİA.AZ: - «İctimai Palata dağılırmı?».. Hər halda, bu gün hakimiyyət mətbuatı belə bir qənaət formalaşdırmağa çalışır. Artıq iki nəfər istefa verib. Onlardan biri - Müsavat başqanının müşaviri Yadigar Sadıqlı «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun öz qəzetində apardığı təbliğatı əsas kimi göstərsə də, digəri - müstəqil politoloq Ərəstun Oruclu İctimai Palatanın demokratik qurum olmamasını səbəb kimi seçib.

Amma görüntüdə olanı isə tamam fərqli mənzərədir. Söhbət İctimai Palatanın üzərində qara buludların dolaşmasından gedir. Məlumdur ki, bu ittifaq namizədlərin bloku kimi təqdim olunsa da, əslində Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlini bir araya gətirən əsas təşkilat kimi tanınıb. Və son baş verənlərin fonunda iqtidar mətbuatının yaratdığı təəssürat da belə deməyə əsas verir ki, hakimiyyət İsa Qəmbər-Əli Kərimli birliyinin pozulması üçün əlindən gələni etməyə hazırdır.

Əslində burada qeyri-normal olan heç nə yoxdur. Seçki ərəfəsidir və seçkilər ərəfəsində rəqib siyasi düşərgələr bir-birilərini zəif düşürmək üçün məqbul bilinən bütün vasitələrdən istifadə etməlidirlər. Amma DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, İctimai Palata ilə bağlı daha böyük bir plan hazırlanmaqdadır. Yəni hələ səs-küy irəlidədir…

Mənbəmizin sözlərinə görə, artıq İP-də təmsil olunan bir neçə əsas fiqurla danışhıqlar aparılıb və razılıq əldə olunub. Seçkilərə az müddətin qaldığı bir ərəfədə həmin şəxslər ya Əli Kərimlini, ya İsa Qəmbəri, ya da bir başqa səbəbi bəhanə edərək İP-dən ayrılacaqlar. Bununla da, İsa Qəmbərlə Əli Kərimlinin gələcəkdə prezident seçkilərində birgə hərəkət edə bilmələri üçün ümid yeri kimi baxdıqları İP-in darmadağın edilməsi prosesinə start verilmiş olacaq.

Mənbəmiz onu da əlavə etdi ki, hətta bu məqsədlə rəsmi dairələr tərəfindən qeyri-rəsmi olaraq çox ciddi pullar da ayrılıb.

Geri qayıt