Əsas Səhifə > Dünya > BAŞ NAZİR BAŞI ÜSTƏ YERƏ DƏYDİ

BAŞ NAZİR BAŞI ÜSTƏ YERƏ DƏYDİ


18-10-2012, 11:03
BAŞ NAZİR BAŞI ÜSTƏ YERƏ DƏYDİ
O, DİKDABAN AYAQQABILARININ QURBANI OLDU

Avstraliyanın baş naziri Culia Gillard Hindistana səfəri zamanı pis vəziyyətə düşüb. Nyu-Dehlidə Mahatma Qandinin abidəsini ziyarət edərkən avstraliyalı nazir başı üstə yerə dəyib. Dikdaban ayaqqabılarının qurbanına çevrilən Culia Gillard, hindistanlı nümayəndələrin köməyi ayağa qalxıb.

Qeyd edək ki, baş verən hadisədən sonra mətbuata müsahibə verən avstraliyalı nazir bunları deyib: "Əgər dikdaban ayaqqabı geyinsəz, yumşaq torpaqda batıb qalarsız. Torpağa batan ayaqqabını çəkmək istədikdə isə belə bir hadisə ilə üzləşəcəksiniz." \ FaktXeber.com \

Geri qayıt