Əsas Səhifə > Siyasət, Manşet > OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI

OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI


18-10-2012, 09:16
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
NƏSİB MƏHMƏLİYEVİN ÜZDƏ OLAN ƏMLAKININ DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLÜR

DİA.AZ: - Nəsimi rayonun icra başçısı Nəsib Məhməliyev barədə maraqlı məlumatlar yayılıb. DİA.AZ-ın "AzeriNews.org"a verdiyi xəbərdə deyilir ki nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilən icra başçısı var-dövlətinə görə hakimiyyətdəki bir sıra oliqarxları kölgədə qoya bilər. Məlumatı əsaslı edən Nəsib Məhməliyevin üzdə olan əmlakının siyahısıdır. Həmin siyahını oxucuların diqqətinə çatdırırıq.

1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən "Əlibaba" dönərxanası və ona bitişik aptek.
2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.
3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən "Unibank"ın binası.
4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz "Moskva" univermağının yaxınlığında 6 mərtəbəli "Modera" mebel salonunun binası.
5. Mir Cəlal küçəsində "Leyla" şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.
6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.
7. Mir Cəlal küçəsi 63-də "Assorti" restoranı.
8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.
9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında "Deka bank" və yaxınlıqında tikilən bina.
10. 20 yanvar küçəsində "Qızıl Tac" şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.
11. "Qızıl Tac" şadlıq evinin arxasındakı stadion. İcra başçısı stadionu təmir adı ilə zəbt edib.
12. "Əcəmi" metrosunun yaxinlığında "Bakcell" ve onun yanında "Azercell" dükanları.
13. "Moskva " univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.
14. Cavadxan küçəsi 26-da "İdeal" ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek
15. "Ərzurum" şadlıq evinin yanındakı yeni möhtəşəm bina
16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.
17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.

Nəsib Məhməliyevə məxsus dəyəri 100 milyon manatlarla ölçülən bu obyektlərin fotoları da redaksiyamıza təqdim edilib. Yeri gəlmişkən, məlumatlara görə Nəsib Məhməliyev balakənlidir. Bu gün Balakən camaatı bir neçə gün əvvəl rayonda baş verən 6 bal gücündə zəlzələnin acısını çəkir. Yüzlərlə insan zəlzələ nəticəsində evsiz eşiksiz qalıb. Nəsib Məhməliyev sahibi olduğu bir obyekti satsa xeyli balakənliyə yardım edə bilər.

Bir icra başçının bu qədər var dövlətə hansı yolla sahib olmasına gəlincə, bunu artıq dövlət səviyyəsində araşdırılası məsələdir.

OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI
OLİQARX MƏMURLARI KÖLGƏDƏ QOYAN İCRA BAŞÇISI

Geri qayıt