Əsas Səhifə > Dünya > RUSLAR FİNLANDİYAYA TƏZYİQ EDİR

RUSLAR FİNLANDİYAYA TƏZYİQ EDİR


8-11-2011, 14:32
RUSLAR FİNLANDİYAYA TƏZYİQ EDİR

4-CÜ DƏFƏDİR Kİ, RUS TƏYYARƏLƏRİ FİN HAVA MƏKANINA GİRİR

Finlandiyanın Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın hərbi təyyarəsi bu ölkənin hava məkanını pozub. Nazirliyin məlumatına görə, hadisə ötən gün yerli vaxtla saat 14.00-da (Bakı vaxtı ilə saat 16.00) Fin körfəzinin şərq hissəsində baş verib.

Finlandiya tərəfi bildirib ki, Rusiyaya məxsus olduğu güman edilən “Antonov” tipli təyyarə bu ölkənin hava məkanında 5 dəqiqə uçub.

Finlandiyanın Müdafiə Nazirliyi iddia edir ki, bu, 2011-ci ildə baş vermiş sayca dördüncü insidentdir. Bu il ərzində ABŞ-ın iki, İsveçin isə bir təyyarəsi Finlandiyanın hava sərhəllərini pozub.

Sərhəd departamenti Rusiya təyyyarəsi ilə bağlı faktı araşdırır.


Geri qayıt