Əsas Səhifə > Ölkə, Manşet > GÜLƏR ƏHMƏDOVANIN YERİ UĞRUNDA DAVADIR

GÜLƏR ƏHMƏDOVANIN YERİ UĞRUNDA DAVADIR


17-10-2012, 12:49
GÜLƏR ƏHMƏDOVANIN YERİ UĞRUNDA DAVADIR
KEÇMİŞ DEPUTATLAR DA NAMİZƏD OLMAQ FİKRİNƏ DÜŞÜB

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqalın ardından mandatını itirən Gülər Əhmədovanın boş qalmış deputat yeri indi də bəziləri üçün maraq kəsb etməyə başlayıb. Məsələn, bu günlərdə açıqlanan faktlardan aydın oldu ki, həmin yerə iddialılar arasında eks-prezidentlər haqqında qanunun qəbulundan sonra vətənə dönmə fürsəti əldə etmiş keçmiş prezident Ayaz Mütəllibov var.

Bu gün isə daha bir iddalı öz şanslarını dənəyəcəyini bəyan edib. Tanınmış jurnalist Azər Həsrət artıq mətbuata açıqlamasında 34 saylı Xətai seçki dairəsindən namizəd olacağını bildirib.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, həmin dairənin mandatının kimə veriləcəyi haqda hələlik dəqiq bilgilər olmasa da, iddialılar sırasında tanınmış iqtisadçı, son parlament seçkilərində Gədəbəydə namizədliyindən imtina etmək zorunda qalmış Nazim Məmmədov da var.

Bu barədə danışan qaynaq bildirir ki, Nazim Məmmədov da yeganə iddialı deyil: «Hətta bu günlərdə qapısı bağlanan «Avropa qapıları»nın şefi, keçmiş deputat Baba Tağıyev də həmin dairədən namizəd olmağı götür-qoy edir».

Bir sözlə, Gülər Əhmədovanın yeri uğrunda çox gərgin mübarizənin gedəcəyini bildirən mənbəmiz sonda əlavə etdi ki, amma istənilən halda son qərarı Məzahir Pənahovun dili ilə hakimiyyət elan edəcək.

Geri qayıt