Əsas Səhifə > Ölkə, Manşet > ELDAR ƏZİZOV ÖLÜMƏ SƏBƏB OLAN ŞƏXSİ HİMAYƏ EDİR

ELDAR ƏZİZOV ÖLÜMƏ SƏBƏB OLAN ŞƏXSİ HİMAYƏ EDİR


17-10-2012, 12:29
ELDAR ƏZİZOV ÖLÜMƏ SƏBƏB OLAN ŞƏXSİ HİMAYƏ EDİR
SUMQAYITDAKI İNTİHARIN ŞOK TƏFƏRRÜATI

DİA.AZ: - Sumqayıtda qumar oyunları faciə ilə nəticələnib. DİA.AZ-ın “olaylar”a istinadən verdiyi məlumata görə, hadisə iki ay öncə baş verib. Sumqayıt şəhərində qanunsuz olaraq futbol qumarı ilə məşğul olan kontorda pul uduzan 36 yaşlı şəxs özünü asıb.

Məlumata görə, həmin şəxs futbol oyunlarına hesab yazan qanunsuz kontorda külli miqdarda pul uduzub. Kontora rəhbərlik edən şəxs isə uduzan kişini təhdid edib və uduzduğu pulu çatdırmasını istəyib. Təxminən bir həftə uduzan şəxsin mobil telefonuna təhdid zəngləri və smslər gəlib. Təhdidlərdən bezən şəxs gecə saatlarında, paytaxtın Nəsimi rayonu ərazisindəki iş yerində intihar edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğöunda Cinayət Məcəlləsinin 125-ci( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlansa da, hələlik məsuliyyətə cəlb edilən yoxdur. “Olaylar”ın əldə etdiyi məlumata görə, Sumqayıtda futbol kontoru işlədən şəxs şəhərin icra başçısı Eldar Əzizovun yaxın adamıdır.

Hadisədən sonra kontor sahibi Eldar Əzizovun köməkliyi ilə işi ört-basdır etmək istəyib. Hələlik buna nail də olub. Məlumata görə, kontor sahibi Eldar Əzizov tərəfindən himayə edildiyindən şəhər meri istintaqa da mane olmağa cəhd edir.

Geri qayıt