Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVA QALMAQALINDAN DANIŞMAQ İSTƏMƏDİ

GÜLƏR ƏHMƏDOVA QALMAQALINDAN DANIŞMAQ İSTƏMƏDİ


17-10-2012, 12:08
GÜLƏR ƏHMƏDOVA QALMAQALINDAN DANIŞMAQ İSTƏMƏDİ
HALBUKİ QƏRARI O VERƏCƏK

Sabiq deputat, adı rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb-çıxarılmayacağı məsələsi son günlərin müzakirə olunan əsas mövzularındandır.
YAP-ın icra katibi Əli Əhmədov bir neçə gün öncə mətbuata bildirmişdi ki, “Gülər Əhmədova YAP-ın sıravi bir üzvüdür, Yasamal rayon təşkilatında qeydiyyata alınıb. Onunla bağlı məsələyə məhz həmin təşkilatda baxılacaq”.

Ancaq YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun səhhətilə əlaqədar Azərbaycanda olmaması bu məsələni təxirə salmışdı.

Modern.az saytının məlumatına görə, Fikrət İsmayılov ötən gün Azərbaycana qayıdıb. Əməkdaşımız hakim partiyanın Yasamal rayon təşkilatının sədri ilə əlaqə saxladıqda, o, artıq Bakıda olduğunu təsdiqləyib. Səhhətində yaranan problemlərlə əlaqədar məlum olay ərəfəsində ölkə xaricində olduğunu deyən F.İsmayılov saytımıza açıqlamasında Azərbaycana dünən gəldiyi bildirib. Hazırda özünü yaxşı hiss etmədiyini deyən təşkilat sədri Gülər Əhmədovanın partiya üzvülüyündən çıxarılması ilə bağlı sualımıza cavab vermək istəmədiyini vurğulayıb.
YAP Yasamal rayon təşkilatı sədrinin sözlərinə görə, o, hələlik bu haqda danışmaq istəmir.
Səhhətinin hələ də düzəlmədiyini deyən Fikrət İsmayılov jurnalistləri Gülər Əhmədovanın məsləsinə görə onu narahat etməməyə çağırıb.

Geri qayıt