Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLUDAN İP-Ə SƏRT İTTİHAMLAR

SƏRDAR CƏLALOĞLUDAN İP-Ə SƏRT İTTİHAMLAR


17-10-2012, 11:05
SƏRDAR CƏLALOĞLUDAN İP-Ə SƏRT İTTİHAMLAR
“MİTİNQİ NİYƏ TƏXİRƏ SALIRSINIZ?”

“Özünü Azərbaycanda ən böyük siyasi blok elan edən qrum əgər bir həftə qabağı görə bilmirsə, onda həmin blokun 6 ay, 1 ildən sonra hansısa qərar verə biləcəyini təsəvvür etmək qeyri-mümkündür”.

Bunu SalamNews-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İctimai Palatanın oktyabrın 13-də mitinqin təxirə salmasına münasibət bildirərkən səsləndirib.

Partiya sədri deyib ki, mitinq qərarının yalnış olduğunu əvvəlcədən demişdik ki, bu, yalnış qərardır. Çünki bunun üçün heç bir ictimai sifariş yoxdur. Mitinqlə növbədənkənar parlament çağırmaq mümkün deyil. Gələn ilin sonunda prezident seçkiləri keçiriləcək. Onlar deyirlər ki, gəlin növbədənkənar parlament seçkilərinin keçirilməsini gündəmə gətirək. Faktiki olaraq, məqsəd cəmiyyətin diqqətini yayındırmaq, gündəmdən uzaqlaşdırmaq, müxalifətin mübarizəyə hazəırlaşmasını qarşısını almaqdan başqa bir şey deyil.

O söyləyib: "Bir həftə əvvəl mitinq haqqında qərar qəbul edirsiniz, sonradan isə onu təxirə salırsınız. Bununla vətəndaşların mitinqə olan münasibəti getdikcə itir. Onsuz da cəmiyyətdə mitinqə həvəs yoxdur, insanlar bu prosesdə iştirak etmək istəmirlər. Bu kimi oyunlar insanları mitinqlərdən, öz haqqı uğrunda mübarizədən uzaqlaşdırır”.

Geri qayıt