Əsas Səhifə > Partiya > YAP VENESİYA KOMİSSİYASINA QARŞI

YAP VENESİYA KOMİSSİYASINA QARŞI


16-10-2012, 12:29
YAP VENESİYA KOMİSSİYASINA QARŞI
“TƏKLİFLƏR QƏRƏZLİDİR VƏ QƏBUL EDİLMƏZDİR”

Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Şurasının Venesiya Komisiyasının "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərlə bağlı açıqlamasına iradlarını bildirib.

"Azərbaycan dünyada dini məsələlərdə hər zaman nümunə kimi göstərilib. İndi isə Venesiya Komisiyyası "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər təklifi göndərib. Azərbaycanı sanki bir laboratoriyaya çevirmək, hansısa planları həyata keçirmək istəyirlər", - Novruzov deyib.

O qeyd edib ki, Venesiya Komissiyasının təklifinə görə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda dini fəaliyyətlə məşğul olmağa, dini ayinləri icra etməyə icazə verilməlidir.

"Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur. Azərbaycandan molla gedib Fransada dini ayin icra edə bilərmi? Dərhal onun haqqında həbs qəti imkan tədbiri həyata keçiriləcək. Əgər yaxşıdırsa, bu dəyişiklikləri birinci digər ölkələrdə tətbiq etsinlər", - deputat vurğulayıb.

Novruzov Venesiya Komissiyasının təkliflərini qərəzli və qəbul edilməz olduğunu vurğulayıb.

"Məsələ araşdırılıb, onlara qəti cavab verilməlidir", - o deyib.

Geri qayıt