Əsas Səhifə > Ölkə, Manşet > AZAD RƏHİMOVA HANSI İŞÇİSİ «TORBA TİKİR»?

AZAD RƏHİMOVA HANSI İŞÇİSİ «TORBA TİKİR»?


16-10-2012, 12:25
AZAD RƏHİMOVA HANSI İŞÇİSİ «TORBA TİKİR»?
GİN ŞEFİNİN ADAMLARI AXTARIŞDADIR

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda adı daha çox hallandırılan və sonradan barəsində yazan qəzetləri susdurmağa müvəffəq olan Gənclər və İdman Naziri Azad Rəhimovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, GİN şefi barəsində mətbuatda aparılan kampaniyada bir kimsəni yox, elə öz tabeçiliyində olan şəxslərdən birini günahkar görür.

Bu barədə mənbənin söylədikləri: «Nazir də bilir ki, nazirlikdə birinci mərtəbədə oturan şəxs (onun kimliyi ilə bağlı araşdırmalarımız davam edir və yaxın vaxtlarda daha dolğun məlumatları diqqətinizə çatdıracağıq -red.) onun əleyhinə kampaniya aparır və hətta onun narkoman olması, azart oyunlara aludə olması barədə, futbol qumarında pullarını uduzduğu haqda rəylər formalaşdırmağa çalışır».

Mənbəmiz iddia edir ki, amma ortada konkret sübutların olmaması Azad Rəhimovun işini çətinə salıb: «Hər halda, bununla bağlı kimisə boşundan cəzalandırmaq olmaz. Konkret fakt lazımdır ki, bu gün Azad Rəhimova yaxın olan şəxslər də həmin sübutun axtarışına çıxıblar».

Onu da bildirək ki, bəzi KİV-lər Azad Rəhimovun Prezident Administrasiyasının hədəfində olduğunu və hətta onun yerinə millət vəkili Azay Quliyevin gətirilmə planının olması barədə məlumatlar yayıblar. Və GİN-dəki naməlum şəxsin də həmin qüvvələrlə ortaq hərəkət etdiyi iddia olunur.

Geri qayıt