Əsas Səhifə > Hadisə > BAKIDA OĞLAN QIZA GÖRƏ ÖZÜNÜ ASDI

BAKIDA OĞLAN QIZA GÖRƏ ÖZÜNÜ ASDI


16-10-2012, 10:14
BAKIDA OĞLAN QIZA GÖRƏ ÖZÜNÜ ASDI
MƏCNUN SEVGİSİ HƏLƏ DƏ VAR İMİŞ…

Oktyabrın 16-na keçən gecə Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayonu, 20-ci Sahə yaşayış massivi Gülbala Əliyev küçəsi dalan 1, ev 5 ünvanında 1990-cı il təvəllüdlü İsayev Elsevər Şöhrət oğlu özünü asıb.

Məlumata görə, özünü öldürmüş 22 yaşlı E.İsayev Ağdaş rayon sakinidir. O, Bakıda qohumunun evində yaşayırmış. Bakıda olduğu vaxtda E.İsayev bir qızla tanış olub və onu sevib. Gəncin ailəsi isə qızı İsayevlərə verməkdən imtina edib. Bundan sonra 22 yaşlı oğlan özünü öldürmək qərarına gəlib.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Geri qayıt